11 Eylül 2016 Pazar

Büyük Sözcük Fabrikası

Yazıçı:Agnés de Lestrade, Valeria Docampo
Nəşriyyat:Aylak KitapNəşr ili: 2012Səhifə Sayı:36



"Büyük sözcük Fabrikası" kitabını təsadüfən,oxusam da çox bəyəndiyim bir kitab oldu.Səhifə sayı az olmağına baxmayaraq çox sevdim.Təkce kiçiklər deyil,böyüklərin də həvəslə oxuya biləcəyi,uşaqlıqda bizə oxunan hekayələr dadındadır
Kitabda kiçik bir ölke var.Bu ölke də insanlar heç danışmaz,çünki onlar danışmaq üçün sözlərı almalıdırlar.Özgür Cəmiləni çox sevir,amma ona etiraf edə bilmir.Çünki onun demək istədiyi sözlər üçün çox pul lazımdır.
Əgər gözəl sözlər istəyirsizsə,çoxlu pulunuz olmalıdır,yoxdursa zibil qutusundan sözlər tapa və ya endirimi gözləməlisiz.Bu sözlər isə adətən yararsiz olur
Özgürün pulu yoxdur.O,istədiyi sözleri tapa bilmir,amma ne olur olsun Cəmiləyə sevgisini etiraf etməlidir.Onun rəqibi Gürbüzdür.Gürbüz çox varlıdır.Onun istədiyi sözləri almağa və Cəmiləye uzun-uzun cümlələr qurmağa imkanı vardır.Özgür ya kənara çəkilib məhlubiyyəti qəbul etməlidir,ya da əlində olan yararsız sözlərlə mübarizəyə davam etməlidir.
Uşaq kitabı kimi nəzərdə tutulsa da yazıçı varlı-kasıb arasındakı bərabərsizliyə toxunur.Əgər varlı deyilsənsə susmaq məcburiyyətindəsən,qarşındakı insandan daha gücsüz daha cəsarətsizsən.Nə qədər saf,məsum hislərdən danışsa da,sadəcə kiçik bir uşağın saf sevgisindən söhbət getsə də pul öz gücünü göstərir.Amma bu dünya bizim yaşadığımızdan fərqlidir.Burda pul,güc,şöhret qalib gəlmir.Bəzən kiçik bir gülümsəmə,məsum bir qucaqlama bütün sözlərdən daha qiymətli ola bilər

31 Ağustos 2016 Çarşamba

Nagehan Karaman-İlişki Durumu:Aşık Ve Kıskanç


Yazıçı:Nagehan Karaman
Nəşriyyat:Destek
Nəşr ili: 2015

Səhifə Sayı:224
Qiyməti:10 manat


Bir qadının həyatı və xarakteriylə bağlı əyləncəli dünyası gəlir qarşımıza.Gündəlik şəklində yazılan kitabda gülməmək mümkün deyil.Ədəbi mahıyyəti olmasa da olduqca əyləncəli olduğunu deyə bilərik.Ümumiyyətlə "dizüstü ədəbiyyat" tərzində yazılmış kitabları çox sevirəm.Hərkəs Arvenin hərəkətlərində biraz da olsa özünü tapacaq.Yaylıq əyləncəli kitablara əlvida deyib,payızla birlikdə daha ciddi ədəbiyyata başlamaq üçün əla seçimdir.Kiçik hekayəmizin əsas qəhramanı Arvendir.Onun 25 yaşı olsa da ,istədiyi heçnəyi əldə ede bilməyib,nə kariyera,nə də sevgi barədə bəxti gətirməyib.Sevgilisi onu tərk etdikdən sonra tamamilə həyatı donub.Özünə boş vədler versə də sadəcə yerində sayır,yeni bir həyata başlamağa qorxur.Dostu Nisan ona dəstək olmağa çalışsa da Arven irəli getməkdən qorxur.Birgün Nisanın onu Davidlə tanış etməsi Arvenin həyatını bütünlüklə dəyişir.Onu dəli olmaq həddinə gətirən qısqanclığı hərşeyi olduğundan daha çətin edir.Arven insanlara güvənmək məsələsində yaxşı olmadığını və onu önəmsəyən insanlara şübhə içində baxdığını bilirdi,amma bu halın onu dəli ede biləcək dərəcə də qısqanclıq krizlərinə səbəb olacağını heçvaxt düşünməmişdi.Bu hərəkətlərinə görə Davidlə olan münasibəti tarıma çəkilərkən,ata və anasının aldığı boşanma qərarı alt üst olan həyatını yerlə bir edir.

Nəysə ki,bəzi şeylər üçün hələ də ümid vardır

QEYD:İzlediğimiz o romantik filmlerde aşkı, tutkuyu, sevgiyi ve ilişkileri baştan sona yanlış algılıyoruz. Beynimize, "İşte bu doğru ilişki!" kavramını en görsel hali ile soktuktan sonra, yaşadıklarımızın hiçbiri bize tatmin edici gelmiyor haliyle. Beyin diyor ki: "Bu aşk değil! O entrikalı, tutkulu, öldürücü, içten içe seni kemirip tüketen, kilo verdiren şeyin adı aşk!"

Dipnot: Bağırsak kurdu da aynı etkiyi yapıyor halbuki... Ancak şimdiye kadar onu öldürmek için tablet tablet ilaç içmek yerine kurduna âşık olan bir insan evladı da görmedim!

23 Ağustos 2016 Salı

Kahraman Tazeoğlu-Bukre



Yazıçı:Kahraman Tazeoğlu
Nəşriyyat:Destek
Nəşr ili: 2013

Səhifə Sayı:304
Qiyməti:13 manat


Kahraman Tazeoğlu həm Platonik,həm də əlçatmaz sevgilərin ustasıdir.Onun kitablarını oxuyarkən için-için ağlamamaq mümkünsüzdü.Bu kitabın yarısına gəlmədən niyə bestseller siyahısından düşmədiyini anlamışdım.Sevgi,ayrılıq,kədər və dostluğun incəliklə işləndiyi bu kitabda özünüzdən bir parça tapmamaq mümkün deyil.Bukrenin əzabları soyuq bir külək kimi insanın içini titrədir
Kitabın əsas obrazı Bukre,sevən amma heç vaxt sevilməyən,sədaqətinə qarşılıq xəyanət görən bir qızdır.Sevhidən bəxti gətirmir,xoşbəxtliyi tapa bilmir.Bəlkə də digər insanlar kimi yaxınlığında olan xoşbəxtliyə kor olmuşdu.
Bukre sevgilisinin ona xəyanəti ilə sarsılır.Ona bu çətin dövrdə ən böyük dəstəyi Selim verir.Selim uşaqlıqdan bəri Bukrenin bütün pis və yaxşı günlərində yanında olub,onu tək qoyduğu birgün belə olmayıb.Bəlkə Selim olmasaydı Bukre həyatına davam edə bilməzdi.Selim Bukrenin vəziyyətini görüb onu düşərgəyə aparır,Orda Cemlə tanlış olurlar.Üçlü arasında dostluq yaranır və zaman keçdikcə bu dostluq Bukre və Cem arasında sevgiyə çevrilir.Cemin ən böyük xəyalı kaset çıxartmaqdır,lakin heçkim onunla işləmək istəmir.Xəyalları qırılan Cem hamını incitməyə başlayır,ən çox da Bukreni.Bir müddət sonra bir şirkət Cemlə işləyi qəbul edir,kaseti çıxan Cem artıq meşhurdur və Bukreyə qarşı münasibəti tamamilə dəyişmişdir.Bu ayrıllıqda da Bukrenin əsas dayağı Selimdir.

18 Ağustos 2016 Perşembe

Ben,Early ve Ölen Kız


Yazıçı:Jesse Andrew
Nəşriyyat:Pegasus
Nəşr ili: 2016

Səhifə Sayı:330
Qiyməti:13 manat


Kitabdakı hadisələr Gregin dilindən danışılır və kitabı baş qəhrəman yazıbmış kimi göstərilir.Greg son sinif şagirdidir və onun heç dostu yoxdur.İnsanlara yaxınmış kimi davransa da əslində hərkəsə uzaq qalmağı seçir.Məktəbdə heçkimlə nə dost,nə də düşmən olmaq istəmir.Uşaqlıqdan onunla olan və birlikdə vaxt keçirtdiyi Early var.Onunla münasibəti tamamilə fərqlidir,birlikdə film çəkib,birlikdə vaxt keçirib,əylənsə də onu dostdan daha çox iş yoldaşı adlandırır.Bir gün Rachelin xərçəng olduğunu öyrənən,Gregin anası ondan Rachellə vaxt keçirməsini,onu əyləndirməsini istəyir.Mənə görə əsas hadisələr elə burdan başlayır.


İlk neşr edildiyi gündən etibarən istər blogger,istərsə də vloggerlərin tərifləyə-tərifləyə bitirmədikləri bu kitabdan gözləntilərim olduqca yüksək olsa da doğrusu məni bir az məyus etdi.Maraqlı,axıcı və dili olduqca bəsit olan bu kitab gözləntilərimi qarşılaya bilmədi.Gregin dilindən bəzi zarafatlar mənə gülməli gəlmədi.Gregi isə heç sevədim.Yeniyetmə olsa da,Rachelin onun həyatını məhv etməsi haqqında dedikləri düşüncəsizlikdən başqa birşey deyildi.Güldüyüm,əyləndiyim,hətta gözlərimin dolduğu yerlər oldu,buna baxmayaraq kitab gözləntilərimi qarşılaya bilmədi((Bəlkə də mənim gözləntilərim çox yüksək idi)).Bu kitabın pis olduğu demək deyil.Kitabın həm özünü.həm də mövzusunu sevdim.Əgər oxumaq kimi bir fikriniz varsa,tərəddüt etməyin.Unutmayın,zövglər müxtəlifdir.
Hərkəsə xoş mütaliələr.




13 Ağustos 2016 Cumartesi

BİOGRAFİK ROMANLAR TOP#10

Sevdiyim kitab kateqoriyalarının içində Biografik romanların məndə xüsusi yeri vardır.Məndən çox əvvəl yaşamış insanların hislərini öyrənmək,daxili dünyalarına səyahət etmək mənə onların yazılarını və atdığı addımları daha yaxşı anlamağıma kömək olur.
Mənim ən sevdiyim 10 luq aşağıdakı kimidir.


10.Fərəh Pəhləvi-Xatirələr

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.
9.Kızım Amy

Amy Winehousenin ölümündən sonra atasının onun gündəlikləri əsasında yazdığı bu kitabda pop müğənnisindən daha çox ailəsınə bağlı,evin kiçik qızı Amynin həyatı,uşaqlığı,xatirələri,pop dünyasında yüksəlişi,sevgisi.ölümü,ata-qız münasıbətəri və atasının onun yaşatmaq cəhdlərini əhatə edir.
8.Alberto Espinosa-Sarı Dünya 

Albert Espinosanın xərçəng olduqdan sonra dəyışən həyatından bəhs edilir.Xərçəngin ona nələr öyrətdiyini,öyrəndiklərini necə həyatına tətbiq etdiyini və sarı dünyasının kiçik sirlərini oxucularla bölüşür.
7.Pucca günlük seriyası

Mənim bəlkə də ən güldüyüm seriyadır.Çox pozitiv,çox əyləncəli kitablardır.O qədər axıcı dili var ki,nece başlayıb necə bitirdiyinizi heç anlamayacaqsız

6.Anne Frank-Gündəlik

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir.Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir.
5.Ümbulbani Banin-Qafqaz Günləri(Paris Günləri)

Azərbaycan mühacirət ədəbiyyatının ən məşhur əsərlərindən biridir.Neft milyoneri Musa Nağıyevin nəvəsi Ümbulbanu tərəfindən yazılan əsərdə Nağıyevlər ailəsinin Azərbaycanda olan təmtəraqlı həyatı,Parisə getməsi,Milyonerlər məhəlləsindən necə kasıb bir yerə düşməsi,boya alveriylə məşğul olması parlaq boyalarla öz əksini tapır.
4.Ayşe Kulin seriyası

Mənim ən sevdiyim türk qadın yazıçı olan Ayşe Kulinin şübhəsiz ki,bütün əsərləri birbirindən gözəldir.Ayşe Kulindən helə də heçnə oxumamısızsa,tez başlayın
Ayşe kulinin ailəsı haqqında yazdığı təsirli biografik əsərdir
3.Jose Mauro De Vasconcelos

Jose Mauronun uşaqlıq xatirələrini 12 gündə qələmə aldığı bu əsərdə kiçik Zezenin yoxsul həyatı,ailəsi.arzuları şərh edilir.
2.Varis Dirie-Səhra Çiçəyi

Bütün dünya da meşhur olan model Varisin Somalidən başlayıb,London podyumuna qədər uzanan həyat hekayəsindən bəhs edilir
1.Nərmin Bezmen-Kurt Seyit ve Şura & Kurt Seyit ve Murka

Nermin Bezmenin babasının xatirələrindən ilham alaraq yazdığı möhtəşəm bir klassik,böyük bir sevgi romani.
Böyük bir sevginin,hərbin,həsrətin kədərin və unudulmaz ayrılığın romanı,başdan sona qədər sizi özünə bağlayacaq,son cümləsinə qədər həyəcanı davam edəcək.

12 Ağustos 2016 Cuma

Aşk Tüm Zamanların İçinden Geçer #2 Safir Mavi



Yazıçı:Kerstin Gier
Nəşriyyat:Pegasus
Nəşr ili: 2014
Səhifə Sayı:368
Qiyməti:13 manat


Mənim bloguma adını verdiyim,Aşk tüm zamanların içindən geçer seriyasının ikinci kitabi-Safir Mavi.
Bu kitabda Gweldolnun yeni həyatına öyrəşmək cəhdlərini görürük.Bir tərəfdən Gidiona bəslədiyi çaresiz sevgi,digər tərəfdə isə yeni disiplinlı həyatı.Tarix dərsləri,nəzakət qaydaları,rəqslər və bilmədiyi böyük sirlər bunların hərbiri Gwendoln üçün hərşeyi çətinləşdirir.Loca helə də Gwendolna güvənmir,bu isə Gideon ilə münasibətlərini getdikcə tarıma çəkir.O müxtəlif ballara,ziyafətlərə getib.locadan müxtəlif sözlər eşitsə də nəinsə əksik olduğunu anlayır.Həqiqətləri tapmaqda ona Leslie kömək etməyə çalışır,amma yetərincə məlumat toplaya bilmir.Gidionun sevgisini etiraf etməsi mənə görə bu kitabın ən həyəcanlı səhnələrindən idi.Bu kitabın ən gülməli və əyləncəli obrazı şübhəsiz Xemerius oldu (Xemerius sadəcə Gwendolnun görə bildiyi sevimli bir iblisdir) Saint German Kontunun şübhəli davranışları Gideonun da gözündən yayınmır.Ən əsası Gwendolnun ruhları və iblisləri görməsinin təsadüfü olmadığını,onun locanın gələcəyi üçün nə qədər önəmli olduğunu bu kitabda daha aydın görə bilərik.Loca tərəfindən daim günahlandırılan,ilk kronografı (zaman maşınını) oğurlayıb,keçmişdə gizlənməyə məcbur olan Paul və Lucianın Gwendoln və Gidionla qarşılaşması Saint German Kontunun yagutla bağlı planlarını poza biləcəkmi?
Bu seriyanı hələ də oxumayan var?)



7 Ağustos 2016 Pazar

Aşk Tüm Zamanların İçindən Geçer #1 Yakut Kırmızı


Yazıçı:Kerstin Gier
Nəşriyyat:Pegasus
Nəşr ili: 2013
Səhifə Sayı:353
Qiyməti:13 manat

Aşk Tüm Zamanların içinden Geçer serisinin ilk kitabı Yakut Kırmızı mənim favori seriyalarımdandır.Üz qabığına baxanda sevgi temalı bir roman kimi görünsə də içi tamamilə fikrinizi dəyişəcək.Kitab zamanda səyahət etmək üzərində qurulub.Fantastik kitab sevənlər üçün ideal seçimdir.Bu seriyani oxuyub bəyənməyən birinə rast gəlməmişəm.İç dizaynı da üst dizaynı kimi mükəmməldir.
On iki zaman yolçusu dairə təşkil edir.Zamanda səyahət etmək üçün gen daşıyıcısı olmaq lazımdır.Bu gen Montrose qadınlarına və De Villers kişilərinə miras qalmışdır.Hər gen daşıyıcısı bir daşı təmsil edir.Gen daşıyıcılarının ad günü əsrlər əvvəl Nyuton tərəfindən hesablanmışdır.
Hadisələr Londonda cərəyan edir.Gwendoln həyatını istədiyi kimi yaşayan adi məktəbli qızdır.Öz diliylə desək ailənin *Qara qoyunu*dur,çünki ailəsinin bütün qadınlarına məxsus kürən saçlar sadəcə onda yoxdur.Gwendoln atası öldüktən sonra ailəsi ilə birlikdə nənəsigilə köçmək məcburiyyətində qalır.Bu evdə özünü rahat hiss edə bilmir.Xalasi qızı Charlottenın hərəkətləri nənəsi və xalası tərəfindən təqdirlə qarşılansa da Gwendoln Charlotte kimi olmaması ilə günahlandırılır.Hərkəs Charlottenin yagut olduğunu düşünür.Charlotte bütün uşaqlığı boyu zamanda səyahət üçün hazırlaşır.Amma Gwendolynın anidən qədim Londona səyahət etməsi hərkəsin planlarını alt-üst edir.Charlottenın gen daşıyıcısı olmamasını ne Gwendoln nə də ailəsi qəbul etmək istəmir.Saint German kontunun locası bu dəyışiklikdən məmnun qalmır.Gwendoln səyahət,tarix,rəqs,döyüş sənəti baxımından heçnə bilmir.Buna etiraz edənlərdən biridə səyahət edərkən onunla olacaq Gidion olur.Gidion safir daşını təmsil edir,o uşaqlıqdan hazırlaşdığı Charlotte yerinə heçnə bilməyən Gwendolyu qəbul etmək istəmir.Gidion və Gwendoln zamanla bir-birinə yaxınlaşıb,aralarında sevgi qığılcımları yaransa da heçbirinin Saint German kontunun əsl planından xəbəri yoxdur...