Yazıçı:Kerstin Gier
Nəşriyyat:Pegasus
Nəşr ili: 2013
Səhifə Sayı:353
Qiyməti:13 manat
Aşk Tüm Zamanların içinden Geçer serisinin ilk kitabı Yakut Kırmızı mənim favori seriyalarımdandır.Üz qabığına baxanda sevgi temalı bir roman kimi görünsə də içi tamamilə fikrinizi dəyişəcək.Kitab zamanda səyahət etmək üzərində qurulub.Fantastik kitab sevənlər üçün ideal seçimdir.Bu seriyani oxuyub bəyənməyən birinə rast gəlməmişəm.İç dizaynı da üst dizaynı kimi mükəmməldir.
On iki zaman yolçusu dairə təşkil edir.Zamanda səyahət etmək üçün gen daşıyıcısı olmaq lazımdır.Bu gen Montrose qadınlarına və De Villers kişilərinə miras qalmışdır.Hər gen daşıyıcısı bir daşı təmsil edir.Gen daşıyıcılarının ad günü əsrlər əvvəl Nyuton tərəfindən hesablanmışdır.
Hadisələr Londonda cərəyan edir.Gwendoln həyatını istədiyi kimi yaşayan adi məktəbli qızdır.Öz diliylə desək ailənin *Qara qoyunu*dur,çünki ailəsinin bütün qadınlarına məxsus kürən saçlar sadəcə onda yoxdur.Gwendoln atası öldüktən sonra ailəsi ilə birlikdə nənəsigilə köçmək məcburiyyətində qalır.Bu evdə özünü rahat hiss edə bilmir.Xalasi qızı Charlottenın hərəkətləri nənəsi və xalası tərəfindən təqdirlə qarşılansa da Gwendoln Charlotte kimi olmaması ilə günahlandırılır.Hərkəs Charlottenin yagut olduğunu düşünür.Charlotte bütün uşaqlığı boyu zamanda səyahət üçün hazırlaşır.Amma Gwendolynın anidən qədim Londona səyahət etməsi hərkəsin planlarını alt-üst edir.Charlottenın gen daşıyıcısı olmamasını ne Gwendoln nə də ailəsi qəbul etmək istəmir.Saint German kontunun locası bu dəyışiklikdən məmnun qalmır.Gwendoln səyahət,tarix,rəqs,döyüş sənəti baxımından heçnə bilmir.Buna etiraz edənlərdən biridə səyahət edərkən onunla olacaq Gidion olur.Gidion safir daşını təmsil edir,o uşaqlıqdan hazırlaşdığı Charlotte yerinə heçnə bilməyən Gwendolyu qəbul etmək istəmir.Gidion və Gwendoln zamanla bir-birinə yaxınlaşıb,aralarında sevgi qığılcımları yaransa da heçbirinin Saint German kontunun əsl planından xəbəri yoxdur...
Hiç yorum yok:
Yorum Gönder