11 Eylül 2016 Pazar

Büyük Sözcük Fabrikası

Yazıçı:Agnés de Lestrade, Valeria Docampo
Nəşriyyat:Aylak KitapNəşr ili: 2012Səhifə Sayı:36



"Büyük sözcük Fabrikası" kitabını təsadüfən,oxusam da çox bəyəndiyim bir kitab oldu.Səhifə sayı az olmağına baxmayaraq çox sevdim.Təkce kiçiklər deyil,böyüklərin də həvəslə oxuya biləcəyi,uşaqlıqda bizə oxunan hekayələr dadındadır
Kitabda kiçik bir ölke var.Bu ölke də insanlar heç danışmaz,çünki onlar danışmaq üçün sözlərı almalıdırlar.Özgür Cəmiləni çox sevir,amma ona etiraf edə bilmir.Çünki onun demək istədiyi sözlər üçün çox pul lazımdır.
Əgər gözəl sözlər istəyirsizsə,çoxlu pulunuz olmalıdır,yoxdursa zibil qutusundan sözlər tapa və ya endirimi gözləməlisiz.Bu sözlər isə adətən yararsiz olur
Özgürün pulu yoxdur.O,istədiyi sözleri tapa bilmir,amma ne olur olsun Cəmiləyə sevgisini etiraf etməlidir.Onun rəqibi Gürbüzdür.Gürbüz çox varlıdır.Onun istədiyi sözləri almağa və Cəmiləye uzun-uzun cümlələr qurmağa imkanı vardır.Özgür ya kənara çəkilib məhlubiyyəti qəbul etməlidir,ya da əlində olan yararsız sözlərlə mübarizəyə davam etməlidir.
Uşaq kitabı kimi nəzərdə tutulsa da yazıçı varlı-kasıb arasındakı bərabərsizliyə toxunur.Əgər varlı deyilsənsə susmaq məcburiyyətindəsən,qarşındakı insandan daha gücsüz daha cəsarətsizsən.Nə qədər saf,məsum hislərdən danışsa da,sadəcə kiçik bir uşağın saf sevgisindən söhbət getsə də pul öz gücünü göstərir.Amma bu dünya bizim yaşadığımızdan fərqlidir.Burda pul,güc,şöhret qalib gəlmir.Bəzən kiçik bir gülümsəmə,məsum bir qucaqlama bütün sözlərdən daha qiymətli ola bilər

31 Ağustos 2016 Çarşamba

Nagehan Karaman-İlişki Durumu:Aşık Ve Kıskanç


Yazıçı:Nagehan Karaman
Nəşriyyat:Destek
Nəşr ili: 2015

Səhifə Sayı:224
Qiyməti:10 manat


Bir qadının həyatı və xarakteriylə bağlı əyləncəli dünyası gəlir qarşımıza.Gündəlik şəklində yazılan kitabda gülməmək mümkün deyil.Ədəbi mahıyyəti olmasa da olduqca əyləncəli olduğunu deyə bilərik.Ümumiyyətlə "dizüstü ədəbiyyat" tərzində yazılmış kitabları çox sevirəm.Hərkəs Arvenin hərəkətlərində biraz da olsa özünü tapacaq.Yaylıq əyləncəli kitablara əlvida deyib,payızla birlikdə daha ciddi ədəbiyyata başlamaq üçün əla seçimdir.Kiçik hekayəmizin əsas qəhramanı Arvendir.Onun 25 yaşı olsa da ,istədiyi heçnəyi əldə ede bilməyib,nə kariyera,nə də sevgi barədə bəxti gətirməyib.Sevgilisi onu tərk etdikdən sonra tamamilə həyatı donub.Özünə boş vədler versə də sadəcə yerində sayır,yeni bir həyata başlamağa qorxur.Dostu Nisan ona dəstək olmağa çalışsa da Arven irəli getməkdən qorxur.Birgün Nisanın onu Davidlə tanış etməsi Arvenin həyatını bütünlüklə dəyişir.Onu dəli olmaq həddinə gətirən qısqanclığı hərşeyi olduğundan daha çətin edir.Arven insanlara güvənmək məsələsində yaxşı olmadığını və onu önəmsəyən insanlara şübhə içində baxdığını bilirdi,amma bu halın onu dəli ede biləcək dərəcə də qısqanclıq krizlərinə səbəb olacağını heçvaxt düşünməmişdi.Bu hərəkətlərinə görə Davidlə olan münasibəti tarıma çəkilərkən,ata və anasının aldığı boşanma qərarı alt üst olan həyatını yerlə bir edir.

Nəysə ki,bəzi şeylər üçün hələ də ümid vardır

QEYD:İzlediğimiz o romantik filmlerde aşkı, tutkuyu, sevgiyi ve ilişkileri baştan sona yanlış algılıyoruz. Beynimize, "İşte bu doğru ilişki!" kavramını en görsel hali ile soktuktan sonra, yaşadıklarımızın hiçbiri bize tatmin edici gelmiyor haliyle. Beyin diyor ki: "Bu aşk değil! O entrikalı, tutkulu, öldürücü, içten içe seni kemirip tüketen, kilo verdiren şeyin adı aşk!"

Dipnot: Bağırsak kurdu da aynı etkiyi yapıyor halbuki... Ancak şimdiye kadar onu öldürmek için tablet tablet ilaç içmek yerine kurduna âşık olan bir insan evladı da görmedim!

23 Ağustos 2016 Salı

Kahraman Tazeoğlu-Bukre



Yazıçı:Kahraman Tazeoğlu
Nəşriyyat:Destek
Nəşr ili: 2013

Səhifə Sayı:304
Qiyməti:13 manat


Kahraman Tazeoğlu həm Platonik,həm də əlçatmaz sevgilərin ustasıdir.Onun kitablarını oxuyarkən için-için ağlamamaq mümkünsüzdü.Bu kitabın yarısına gəlmədən niyə bestseller siyahısından düşmədiyini anlamışdım.Sevgi,ayrılıq,kədər və dostluğun incəliklə işləndiyi bu kitabda özünüzdən bir parça tapmamaq mümkün deyil.Bukrenin əzabları soyuq bir külək kimi insanın içini titrədir
Kitabın əsas obrazı Bukre,sevən amma heç vaxt sevilməyən,sədaqətinə qarşılıq xəyanət görən bir qızdır.Sevhidən bəxti gətirmir,xoşbəxtliyi tapa bilmir.Bəlkə də digər insanlar kimi yaxınlığında olan xoşbəxtliyə kor olmuşdu.
Bukre sevgilisinin ona xəyanəti ilə sarsılır.Ona bu çətin dövrdə ən böyük dəstəyi Selim verir.Selim uşaqlıqdan bəri Bukrenin bütün pis və yaxşı günlərində yanında olub,onu tək qoyduğu birgün belə olmayıb.Bəlkə Selim olmasaydı Bukre həyatına davam edə bilməzdi.Selim Bukrenin vəziyyətini görüb onu düşərgəyə aparır,Orda Cemlə tanlış olurlar.Üçlü arasında dostluq yaranır və zaman keçdikcə bu dostluq Bukre və Cem arasında sevgiyə çevrilir.Cemin ən böyük xəyalı kaset çıxartmaqdır,lakin heçkim onunla işləmək istəmir.Xəyalları qırılan Cem hamını incitməyə başlayır,ən çox da Bukreni.Bir müddət sonra bir şirkət Cemlə işləyi qəbul edir,kaseti çıxan Cem artıq meşhurdur və Bukreyə qarşı münasibəti tamamilə dəyişmişdir.Bu ayrıllıqda da Bukrenin əsas dayağı Selimdir.

18 Ağustos 2016 Perşembe

Ben,Early ve Ölen Kız


Yazıçı:Jesse Andrew
Nəşriyyat:Pegasus
Nəşr ili: 2016

Səhifə Sayı:330
Qiyməti:13 manat


Kitabdakı hadisələr Gregin dilindən danışılır və kitabı baş qəhrəman yazıbmış kimi göstərilir.Greg son sinif şagirdidir və onun heç dostu yoxdur.İnsanlara yaxınmış kimi davransa da əslində hərkəsə uzaq qalmağı seçir.Məktəbdə heçkimlə nə dost,nə də düşmən olmaq istəmir.Uşaqlıqdan onunla olan və birlikdə vaxt keçirtdiyi Early var.Onunla münasibəti tamamilə fərqlidir,birlikdə film çəkib,birlikdə vaxt keçirib,əylənsə də onu dostdan daha çox iş yoldaşı adlandırır.Bir gün Rachelin xərçəng olduğunu öyrənən,Gregin anası ondan Rachellə vaxt keçirməsini,onu əyləndirməsini istəyir.Mənə görə əsas hadisələr elə burdan başlayır.


İlk neşr edildiyi gündən etibarən istər blogger,istərsə də vloggerlərin tərifləyə-tərifləyə bitirmədikləri bu kitabdan gözləntilərim olduqca yüksək olsa da doğrusu məni bir az məyus etdi.Maraqlı,axıcı və dili olduqca bəsit olan bu kitab gözləntilərimi qarşılaya bilmədi.Gregin dilindən bəzi zarafatlar mənə gülməli gəlmədi.Gregi isə heç sevədim.Yeniyetmə olsa da,Rachelin onun həyatını məhv etməsi haqqında dedikləri düşüncəsizlikdən başqa birşey deyildi.Güldüyüm,əyləndiyim,hətta gözlərimin dolduğu yerlər oldu,buna baxmayaraq kitab gözləntilərimi qarşılaya bilmədi((Bəlkə də mənim gözləntilərim çox yüksək idi)).Bu kitabın pis olduğu demək deyil.Kitabın həm özünü.həm də mövzusunu sevdim.Əgər oxumaq kimi bir fikriniz varsa,tərəddüt etməyin.Unutmayın,zövglər müxtəlifdir.
Hərkəsə xoş mütaliələr.




13 Ağustos 2016 Cumartesi

BİOGRAFİK ROMANLAR TOP#10

Sevdiyim kitab kateqoriyalarının içində Biografik romanların məndə xüsusi yeri vardır.Məndən çox əvvəl yaşamış insanların hislərini öyrənmək,daxili dünyalarına səyahət etmək mənə onların yazılarını və atdığı addımları daha yaxşı anlamağıma kömək olur.
Mənim ən sevdiyim 10 luq aşağıdakı kimidir.


10.Fərəh Pəhləvi-Xatirələr

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.
9.Kızım Amy

Amy Winehousenin ölümündən sonra atasının onun gündəlikləri əsasında yazdığı bu kitabda pop müğənnisindən daha çox ailəsınə bağlı,evin kiçik qızı Amynin həyatı,uşaqlığı,xatirələri,pop dünyasında yüksəlişi,sevgisi.ölümü,ata-qız münasıbətəri və atasının onun yaşatmaq cəhdlərini əhatə edir.
8.Alberto Espinosa-Sarı Dünya 

Albert Espinosanın xərçəng olduqdan sonra dəyışən həyatından bəhs edilir.Xərçəngin ona nələr öyrətdiyini,öyrəndiklərini necə həyatına tətbiq etdiyini və sarı dünyasının kiçik sirlərini oxucularla bölüşür.
7.Pucca günlük seriyası

Mənim bəlkə də ən güldüyüm seriyadır.Çox pozitiv,çox əyləncəli kitablardır.O qədər axıcı dili var ki,nece başlayıb necə bitirdiyinizi heç anlamayacaqsız

6.Anne Frank-Gündəlik

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir.Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir.
5.Ümbulbani Banin-Qafqaz Günləri(Paris Günləri)

Azərbaycan mühacirət ədəbiyyatının ən məşhur əsərlərindən biridir.Neft milyoneri Musa Nağıyevin nəvəsi Ümbulbanu tərəfindən yazılan əsərdə Nağıyevlər ailəsinin Azərbaycanda olan təmtəraqlı həyatı,Parisə getməsi,Milyonerlər məhəlləsindən necə kasıb bir yerə düşməsi,boya alveriylə məşğul olması parlaq boyalarla öz əksini tapır.
4.Ayşe Kulin seriyası

Mənim ən sevdiyim türk qadın yazıçı olan Ayşe Kulinin şübhəsiz ki,bütün əsərləri birbirindən gözəldir.Ayşe Kulindən helə də heçnə oxumamısızsa,tez başlayın
Ayşe kulinin ailəsı haqqında yazdığı təsirli biografik əsərdir
3.Jose Mauro De Vasconcelos

Jose Mauronun uşaqlıq xatirələrini 12 gündə qələmə aldığı bu əsərdə kiçik Zezenin yoxsul həyatı,ailəsi.arzuları şərh edilir.
2.Varis Dirie-Səhra Çiçəyi

Bütün dünya da meşhur olan model Varisin Somalidən başlayıb,London podyumuna qədər uzanan həyat hekayəsindən bəhs edilir
1.Nərmin Bezmen-Kurt Seyit ve Şura & Kurt Seyit ve Murka

Nermin Bezmenin babasının xatirələrindən ilham alaraq yazdığı möhtəşəm bir klassik,böyük bir sevgi romani.
Böyük bir sevginin,hərbin,həsrətin kədərin və unudulmaz ayrılığın romanı,başdan sona qədər sizi özünə bağlayacaq,son cümləsinə qədər həyəcanı davam edəcək.

12 Ağustos 2016 Cuma

Aşk Tüm Zamanların İçinden Geçer #2 Safir Mavi



Yazıçı:Kerstin Gier
Nəşriyyat:Pegasus
Nəşr ili: 2014
Səhifə Sayı:368
Qiyməti:13 manat


Mənim bloguma adını verdiyim,Aşk tüm zamanların içindən geçer seriyasının ikinci kitabi-Safir Mavi.
Bu kitabda Gweldolnun yeni həyatına öyrəşmək cəhdlərini görürük.Bir tərəfdən Gidiona bəslədiyi çaresiz sevgi,digər tərəfdə isə yeni disiplinlı həyatı.Tarix dərsləri,nəzakət qaydaları,rəqslər və bilmədiyi böyük sirlər bunların hərbiri Gwendoln üçün hərşeyi çətinləşdirir.Loca helə də Gwendolna güvənmir,bu isə Gideon ilə münasibətlərini getdikcə tarıma çəkir.O müxtəlif ballara,ziyafətlərə getib.locadan müxtəlif sözlər eşitsə də nəinsə əksik olduğunu anlayır.Həqiqətləri tapmaqda ona Leslie kömək etməyə çalışır,amma yetərincə məlumat toplaya bilmir.Gidionun sevgisini etiraf etməsi mənə görə bu kitabın ən həyəcanlı səhnələrindən idi.Bu kitabın ən gülməli və əyləncəli obrazı şübhəsiz Xemerius oldu (Xemerius sadəcə Gwendolnun görə bildiyi sevimli bir iblisdir) Saint German Kontunun şübhəli davranışları Gideonun da gözündən yayınmır.Ən əsası Gwendolnun ruhları və iblisləri görməsinin təsadüfü olmadığını,onun locanın gələcəyi üçün nə qədər önəmli olduğunu bu kitabda daha aydın görə bilərik.Loca tərəfindən daim günahlandırılan,ilk kronografı (zaman maşınını) oğurlayıb,keçmişdə gizlənməyə məcbur olan Paul və Lucianın Gwendoln və Gidionla qarşılaşması Saint German Kontunun yagutla bağlı planlarını poza biləcəkmi?
Bu seriyanı hələ də oxumayan var?)



7 Ağustos 2016 Pazar

Aşk Tüm Zamanların İçindən Geçer #1 Yakut Kırmızı


Yazıçı:Kerstin Gier
Nəşriyyat:Pegasus
Nəşr ili: 2013
Səhifə Sayı:353
Qiyməti:13 manat

Aşk Tüm Zamanların içinden Geçer serisinin ilk kitabı Yakut Kırmızı mənim favori seriyalarımdandır.Üz qabığına baxanda sevgi temalı bir roman kimi görünsə də içi tamamilə fikrinizi dəyişəcək.Kitab zamanda səyahət etmək üzərində qurulub.Fantastik kitab sevənlər üçün ideal seçimdir.Bu seriyani oxuyub bəyənməyən birinə rast gəlməmişəm.İç dizaynı da üst dizaynı kimi mükəmməldir.
On iki zaman yolçusu dairə təşkil edir.Zamanda səyahət etmək üçün gen daşıyıcısı olmaq lazımdır.Bu gen Montrose qadınlarına və De Villers kişilərinə miras qalmışdır.Hər gen daşıyıcısı bir daşı təmsil edir.Gen daşıyıcılarının ad günü əsrlər əvvəl Nyuton tərəfindən hesablanmışdır.
Hadisələr Londonda cərəyan edir.Gwendoln həyatını istədiyi kimi yaşayan adi məktəbli qızdır.Öz diliylə desək ailənin *Qara qoyunu*dur,çünki ailəsinin bütün qadınlarına məxsus kürən saçlar sadəcə onda yoxdur.Gwendoln atası öldüktən sonra ailəsi ilə birlikdə nənəsigilə köçmək məcburiyyətində qalır.Bu evdə özünü rahat hiss edə bilmir.Xalasi qızı Charlottenın hərəkətləri nənəsi və xalası tərəfindən təqdirlə qarşılansa da Gwendoln Charlotte kimi olmaması ilə günahlandırılır.Hərkəs Charlottenin yagut olduğunu düşünür.Charlotte bütün uşaqlığı boyu zamanda səyahət üçün hazırlaşır.Amma Gwendolynın anidən qədim Londona səyahət etməsi hərkəsin planlarını alt-üst edir.Charlottenın gen daşıyıcısı olmamasını ne Gwendoln nə də ailəsi qəbul etmək istəmir.Saint German kontunun locası bu dəyışiklikdən məmnun qalmır.Gwendoln səyahət,tarix,rəqs,döyüş sənəti baxımından heçnə bilmir.Buna etiraz edənlərdən biridə səyahət edərkən onunla olacaq Gidion olur.Gidion safir daşını təmsil edir,o uşaqlıqdan hazırlaşdığı Charlotte yerinə heçnə bilməyən Gwendolyu qəbul etmək istəmir.Gidion və Gwendoln zamanla bir-birinə yaxınlaşıb,aralarında sevgi qığılcımları yaransa da heçbirinin Saint German kontunun əsl planından xəbəri yoxdur...







6 Ağustos 2016 Cumartesi

Bir Kadın Nasıl Büyür

Yazıçı:Stephenie Evanovich
Nəşriyyat:Doğan Kitab
Nəşr ili:2014
Səhifə sayı:328
Qiyməti:11.59

İyulun əvvəllərində oxuduğum,olduqca sevimli və ümid dolu bir kitab.Əslində gec kəşf etdiyimçün üzüldüm.Çox əyləncəli və gülməli kitabdır.Bir sözlə əsl yay kitabı deyəcəyimiz tipdədir.Sevgilisindən yeni ayrılmış,ümüdsiz və həyatının bitdiyini düşünən insanlara müalicə reseptim olsun)) 
Kitabda iki ayri cəbhə.iki tamamilə fərqli insan figuru görürük:Holly və Logan.Holly özümə güvəni olmayan,problemləriylə üzləşəbilməyən.kök və bütün həyatını komplekslər içində keçirən gənc qadındır.Logan isə yaraşıqlı,həyatda istədiyi hərşeyə sahib olmuş,lovğa biridir.
Holly 32 yaşında dul qalacağınl və bu qədər kökələcəyini gözləmirdi.Əri Brucenin xərçəng olduğunu biləndən sonra,dayanmadan yeməyə başlamışdı.Uşaqliqdan bəri kök olsa da daha acınacaqlı vəziyyətə düşmüşdü.Əri öləndən sonra bütünlüklə tənha qalan Holly həyatına davam etməkdə çətinlik çəkir.Uşaqlığını,yaşlı ata və anasının ona lazımsız əşya kimi davrandığını xatırlayır.Ərinin xatirələri onu rahat buraxmır.Özündən utanan.düşdüyü vəziyyəti  ələ salan Holly,artıq həyatın onunçün bitdiyini düşünürdü,təbiki Loganla tanış olana qədər....
Təyyarədə Holly ilə tanış olan Logan ona olduqca ucuz məbləğ təklif edərək arıqlamaqda kömək edə biləcəyini deyir.Bu Hollyə həyatını yenidən başlamaqçün bir fürsət idi.Əvvəl sadəcə dost olan cütlüyün münasibəti eşqə çevrilir.Amma Logan bunu qəbul etmək istəmir.Onun üçün sevgili tipi uzunboy,ariq,sarışın model kimi qızlar olduğundan Holly kimi bəstəboy,kök birini özünə laiq bilmir,Böyük tərəddütlərdən sonra sevgisini qəbul etsə də,bu münasibət hər ikisi üçün asan olmur.Holly özünü yaraşıqlı Logana yaraşdırmır,Logan isə Hollydən utandığı üçün onu hərkəsdən gizlədir.
 Amma birgün anidən gələn qonaq hərşeyi tamamilə dəyişir.

5 Ağustos 2016 Cuma

Gece Evi seriyası - İşaret #1

Yazıçılar:P.C Cast&Kristian Cast
Çap ili:2012
Səhifə Sayı:336
Nəşriyyat:Pegasus
Qiyməti:13.17 manat

Zoey Montgomerynin tək məqsədi cografia imtahanından yüksək bal almaq və Ohio Dövlət Universitetində baytarlıq ixtisası üzrə təhsil almaqdır.Zoey məktəbin kolidorunda ən yaxın dostu Kalyayla sevgilisi Health haqqında danışarkən vampir onu işarələyir.Alnında ay şəklindəki döyməni görən Zoey artıq həyatının əvvəlki kimi olmayacağını bilir.Məktəbdəkilər ona qulyabani kimi davranmadan gizlicə evə getməli  və özü kimi uşaqların təhsil aldığı gece evınə köçməliydi.Sadəcə bunları qəbul etməyə və ailəsinin anlayışına ehtiyacı olan Zoeyin işləri istədiyi kimi getmir.Olduqca mühafizəkar ögəy atası ona bir əcinəymiş kimi davranir,anasının ona qorxuyla baxan gözləri və ərinə haqq verməsi Zoeyin ümidlərini parçalayır.Ona gecə evinə getməyə icazə vermirlər.O gece evinə getməsə öləcəyini bilir.Ögəy atası Zoeyin ruhunu şeytandan təmizləmək üçün kilsə rahiblərini çağıranda onun evdən qaçmaqdan başqa şansı qalmır.Bu evdən qaçmaq ona kədərdən çox sevinc gətirir.Nənə Kızılkuşun evinə getmək üçün yola çıxan Zoey yolda qəzaya uğrayır və ruhu vampir tanrıçası NYX ilə tanış olur.NYX onun alnındakı hilala əlini toxundurur.O gözünü açanda artıq gece evindədir,alnindakı hilal isə doludur.Bu gece evində görülməmiş bir hadisədir,vampirlər sadəcə təhsilini bitirəndə onun alnındakı hilal muxtəlif rənglərlə dolur.Alnındakı hilalın fərqli olması onu bütün məktəbə məşhur edir.O yeni həyatına Zoey Kızılkuş kimi başlayır və onun müəllimliyini Gecə evinin baş rahibəsi Neferet öz üzərinə götürür.Gece Evi Zoeyin düşündüyü kimi qorxulu olmur otaq yoldaşı Stieve Raeylə tanış olub onunla dost olur.Əkizlər,Damian da onlara qoşulur.Erik Nightla yaxınlaşması onun Afroditlə düşmən olmasına gətirib çıxarır.Zoeyi digərlərindən fərqli edən şeylərdən biri də beş elemti idarə etməsidir.
Kitab haqqında bir çox mənfi fikirlər eşitsəm də oxumağa qərar verdim və bəyəndim.Beynimizdə canlanan vampir senarilərindən olduqca fərqlidir,mövzu bizə yaddır.Bir neçə fantastik ünsür bu seriyada topmanib.Burda vampirlərin hərbirinin dövmələri var.Hər kəsin dövməsi öz bacarığına görə formalaşır.Ayinlər,elementlər müəllimlər və dərslər birbirindən maraqlıdır.
P.S Zoey kimi sevdiyini qərar versə daha yaxşı olardi )))


3 Ağustos 2016 Çarşamba

Elif Gibi Sevmek





YAZIÇI: Hikmet Anıl Öztekin
ÇAP İLİ: 2014
SƏHİFƏ SAYI: 189
NEŞRİYYAT: Yakamoz
QİYMƏTİ: 9.80 manat



(Elif)  Qûr’ân-ı Kerim’in” ilk hərfidir.
(Elif) Qûr’ân-ı Kerim-i okumaya başlayanda səslənən ilk hərftir.
(Elif) Besmeleden sonra, “Fatihə’nin” ilk hərfidir.
(Elif) Fatihədən sonra, “Bəqərə Surəsi’nin” ilk hərfidir.
(Elif) “Əhəd” in, ilk hərfidir.
(Elif) “Allah”ın, ilk hərfidir.
(Elif) “Âdəm”in, ilk hərfidir.
(Elif) “İnsân”ın, ilk harfidir.
(Elif) “İmân”ın, ilk hərfidir. 
(Elif) “Elm”in, ilk hərfidir.
Əgər sizində mənim kimi sufi ve təsəvvüf ədəbiyyatına marağınız varsa,oxumağı şiddətlə tövsiyə edirəm.Hikmet Anıl Öztekinin ilk kitabı olsa da.mənə görə müasir dövrdə yazılmış ən yaxşı sufi kitabıdır.Kiçik şeirlərdən və ağ-qara şəkillərdən ibarət bu kitabın sevilməsinin əsas səbəbi içindəki sevgi motivli şeirləridir.Oxuyucular bunu sevgiliyə yazılmış şeirlər kimi anlasalarda,məsələ fərqlidir.Bu kitabda şeirlər yazılan adi bir qız deyil,Allahdır.Sufi ədəbiyyatının əsas mahiyyəti də bundan ibarətdir.Dünyəvi eşq timsalında İlahi eşq təbliğ edilir.Bir qadın timsalında Allah sevilir.Sufi ədəbiyyatında qarşılıqli eşq yoxdur,aşiq öz eşqinə qarşılıq gözləmir.Allahı sevmək onu xoşbəxt edir,ona qovuşmaq üçün can atır.Amma qovuşmaq asan ola bilməz,cəfa çəkmək lazımdir çünki özünün əsl aşiq olduğunu isbat etməlidir.
Əlif hərşeyin başlanğıcıdır.Sevməyə əvvəldən başla

yazilmis ise bu sevda hak katinda,nasip diye
artik bekletme yar
bir tevfuk ol gel yúregime

Ah be yar yakınken uzak olmak yoktur bizden. Yakından da yakın vardır. Bir dua anı kadar. Bir secde hali kadar. Ellerini kaldırırsın şehirler ötesinden yarin eline değer. Hele ki Aşk Sübhane rabbiye'l - a'la" deyip alna deyince kalır mı perde, kalır mı uzaklık?

Öyle bir güneş oldun ki;
sana bakmak kabul etmek oluyor hiç bir şeyi görmemeyi
seni sevmek inanmak oluyor cennete,
cennete derken güzellikte sana yaklaşabilecek tek şeye



2 Ağustos 2016 Salı

FATİH HARBİYE

                                       



Yazıçı:Peyami Safa
Nəşriyyat:Ötükən
 Nəşr ili:1999
 Səhifə Sayı:128
 Qiyməti:5 manat

Fatih Harbiye yeni yayımlanan vaxtlarda serialın sonunu öyrənmək üçün oxumuşdum, amma bəzi obrazlar xaricində heçbir eynilik yoxdur. Neriman musiqi təhsili alan, ud çalmağı çox sevən və nişanlısı Şinasi ilə evlilik hazırlıqları içində olan gənc qızdır. Getdikcə şərqə nifrət etməyə başlayan Nerimanın ailəsi ilə arasında uçurum yaranır. O, getdikce yalan danışmağa başlayır, saatlarla qərb meyli güclü olan Beyoğluna gedir, artıq ud bele çalmır. Onun fərqli insana çevrilməsi Şinasiylə arasına məsafə qoyur. Neriman hər fürsətde onu alçaldır, geri fikirli olduğunu deyir. Neriman artıq Şinasiylə evlənmək istəmədiyini, bunun uşaqliqda qalan bir hiss olduğunu düşünür. Macitlə dostluq etməsi, onu aid olduğu dünyadan büsbütün qoparır. Neriman Macitin hislərinin Qərb kimi saxta olduğunu anlamır. Atasının evlilik qərarına qarşı çıxır. Tək istəyi Macitin dəvət etdiyini bala getmək və qərbin bir parçası olmaqdır. Bunun üçün Beyoğlunda yaşayan dayısı qızlarının yanına gedir, amma eşitdiyi kasıb rus xanımın hekayəsi onun həyatını büsbütün dəyişir. 
Daha çox tərbiyevi xarakterdə yazılsa da həqiqətən oxumağa dəyər.Kiçik bir əsər olduğundan sadəcə bir saatınızı alacaq.Axıcı olduğuna görə darıxacağınıza inanmıram.Sadəcə içində çox sayda köhnə sözlərin işlənməsi və surətlərin xarakterinin olduqca uzun təhlili məni yordu,amma bu,kitabı sevməyimə mane olmadı.
Serialla kitabın bu qədər fərqli olmasını isə heç sevmədim.Həm kitabın sonunu,həm hadisələri,həm də surətlərin xarakterini dəyişmək,əsəri bu qədər fərqli şəkildə izləyiciyə çatdirmaq yazıçının əməyinə edilmiş bir haqsızlıq idi.
     

EŞQ VƏ BAŞQA CİNLƏR


Yazıçı:Qabriel Garciel Markez
Neşriyyat:Qanun
Neşr ili:
20
12
                                                                         Səhifə sayı:247
                                                                         Qiyməti:5 manat

Yazıçı bu əsəri ilə 1982-ci ildə nobel mükafatına laiq görülüb 

Kitabın təsviri

Valideynlərinin sevgisindən məhrum, dünyanı zən­ci magiyası ilə dərk edən, azadlığın dəyərini kö­lə­lərdən öyrənən və eşqini qaranlıq kilsə hüc­rə­sində tapan azyaşlı bir qız və zahidlik andı içmiş əqidəli, Tanrıya inancında səmimi olan, amma həqiqi inancın məhz Yaradana və yaradılmışlara sevgi olduğunu sonda anlayan 33 yaşlı rahibin ürəkparçalayan dastanı

Nənəsinin ona uşaq vaxtı danışdığı Qəraib hövzəsi xalqlarına məxsus əfsanədən təsirlənərək yazılmış bu romanı insanı çəkib olduqca uzaqlara, Siyerva Mariyanın tənha hücrəsinə aparır.Mənə görə bu romanda üç əsas qüvvə var:Tənha Siyerva Mariya,yenilikçi ve həyatını dinə həsr etmiş Kayetano Delaura və hərşeyi mistik güvvələrə bağlayan xalq.Markizin qızı olmasına baxmayaraq Mariya digərlərindən fərqlidir,özünü zənci qulluqçular kimi aparır.Alnında kül ləkəsi olan quduz itin onu dişləməsi həyatını tamamilə alt üst edir.Anasi ondan utanir,atası isə onu xilas etmek üçün monastra göndərir.Hərşey bitdikde isə Siyerva Mariya özünü qorxunc kilsə divarları arasında tapır.Hərkəs içinə cin girdiyini düşünür,lakin dağılmış bir ailədə böyüyən,qulluqçulardan başqa heçkəsin sevgi göstərmədiyi bu qızı heckəs anlamır.
İçindəki cini çıxartmaq gənc rahib Kayetano Delauranın öhdəsinə verilir. Delaura yenilikçi biridir.O Siyerva Mariyanın içinə cin girmədiyini eksinə bu hərəkətlərinin sevgisizlikdən irəli geldiyini anlayır.Ona kömək etməyə çalışır,mübarizə aparır.Kiçik qıza qarşı bəslədiyi bu hissin eşq olduğunu anlayanda isə bunu qəbul etmək istəmir.Hərşeyini din uğrunda feda edən bu insan,Siyerva Marianın içinə cin girdiyini və onu inancından döndərmək istədiyini düşünür və gedir.Maria heçvaxt onun niyə getdiyini anlamır.

SON
Şeytanqovma ayininin altıncı seansı üçün onu hazırlamaq üçün içəri girən mühafizəçı işıl-işıl gözləri və yeni doğulmuş körpə dərisi ilə onu yatağında eşqindən ölmüş vəziyyətdə ölü tapdı.Gur saçları yeri qaşınmış başından sanki köpük fışqırır,onların get-gede uzanması gözlə görünürdü.....