Yazıçılar:P.C Cast&Kristian Cast
Çap ili:2012
Səhifə Sayı:336
Nəşriyyat:Pegasus
Qiyməti:13.17 manat
Zoey Montgomerynin tək məqsədi cografia imtahanından yüksək bal almaq və Ohio Dövlət Universitetində baytarlıq ixtisası üzrə təhsil almaqdır.Zoey məktəbin kolidorunda ən yaxın dostu Kalyayla sevgilisi Health haqqında danışarkən vampir onu işarələyir.Alnında ay şəklindəki döyməni görən Zoey artıq həyatının əvvəlki kimi olmayacağını bilir.Məktəbdəkilər ona qulyabani kimi davranmadan gizlicə evə getməli və özü kimi uşaqların təhsil aldığı gece evınə köçməliydi.Sadəcə bunları qəbul etməyə və ailəsinin anlayışına ehtiyacı olan Zoeyin işləri istədiyi kimi getmir.Olduqca mühafizəkar ögəy atası ona bir əcinəymiş kimi davranir,anasının ona qorxuyla baxan gözləri və ərinə haqq verməsi Zoeyin ümidlərini parçalayır.Ona gecə evinə getməyə icazə vermirlər.O gece evinə getməsə öləcəyini bilir.Ögəy atası Zoeyin ruhunu şeytandan təmizləmək üçün kilsə rahiblərini çağıranda onun evdən qaçmaqdan başqa şansı qalmır.Bu evdən qaçmaq ona kədərdən çox sevinc gətirir.Nənə Kızılkuşun evinə getmək üçün yola çıxan Zoey yolda qəzaya uğrayır və ruhu vampir tanrıçası NYX ilə tanış olur.NYX onun alnındakı hilala əlini toxundurur.O gözünü açanda artıq gece evindədir,alnindakı hilal isə doludur.Bu gece evində görülməmiş bir hadisədir,vampirlər sadəcə təhsilini bitirəndə onun alnındakı hilal muxtəlif rənglərlə dolur.Alnındakı hilalın fərqli olması onu bütün məktəbə məşhur edir.O yeni həyatına Zoey Kızılkuş kimi başlayır və onun müəllimliyini Gecə evinin baş rahibəsi Neferet öz üzərinə götürür.Gece Evi Zoeyin düşündüyü kimi qorxulu olmur otaq yoldaşı Stieve Raeylə tanış olub onunla dost olur.Əkizlər,Damian da onlara qoşulur.Erik Nightla yaxınlaşması onun Afroditlə düşmən olmasına gətirib çıxarır.Zoeyi digərlərindən fərqli edən şeylərdən biri də beş elemti idarə etməsidir.
Kitab haqqında bir çox mənfi fikirlər eşitsəm də oxumağa qərar verdim və bəyəndim.Beynimizdə canlanan vampir senarilərindən olduqca fərqlidir,mövzu bizə yaddır.Bir neçə fantastik ünsür bu seriyada topmanib.Burda vampirlərin hərbirinin dövmələri var.Hər kəsin dövməsi öz bacarığına görə formalaşır.Ayinlər,elementlər müəllimlər və dərslər birbirindən maraqlıdır.
P.S Zoey kimi sevdiyini qərar versə daha yaxşı olardi )))


Hiç yorum yok:
Yorum Gönder