Səhifə sayı:247
Qiyməti:5 manat
Yazıçı bu əsəri ilə 1982-ci ildə nobel mükafatına laiq görülüb
Kitabın təsviri
Valideynlərinin sevgisindən məhrum, dünyanı zənci magiyası ilə dərk edən, azadlığın dəyərini kölələrdən öyrənən və eşqini qaranlıq kilsə hücrəsində tapan azyaşlı bir qız və zahidlik andı içmiş əqidəli, Tanrıya inancında səmimi olan, amma həqiqi inancın məhz Yaradana və yaradılmışlara sevgi olduğunu sonda anlayan 33 yaşlı rahibin ürəkparçalayan dastanı
Nənəsinin ona uşaq vaxtı danışdığı Qəraib hövzəsi xalqlarına məxsus əfsanədən təsirlənərək yazılmış bu romanı insanı çəkib olduqca uzaqlara, Siyerva Mariyanın tənha hücrəsinə aparır.Mənə görə bu romanda üç əsas qüvvə var:Tənha Siyerva Mariya,yenilikçi ve həyatını dinə həsr etmiş Kayetano Delaura və hərşeyi mistik güvvələrə bağlayan xalq.Markizin qızı olmasına baxmayaraq Mariya digərlərindən fərqlidir,özünü zənci qulluqçular kimi aparır.Alnında kül ləkəsi olan quduz itin onu dişləməsi həyatını tamamilə alt üst edir.Anasi ondan utanir,atası isə onu xilas etmek üçün monastra göndərir.Hərşey bitdikde isə Siyerva Mariya özünü qorxunc kilsə divarları arasında tapır.Hərkəs içinə cin girdiyini düşünür,lakin dağılmış bir ailədə böyüyən,qulluqçulardan başqa heçkəsin sevgi göstərmədiyi bu qızı heckəs anlamır.
İçindəki cini çıxartmaq gənc rahib Kayetano Delauranın öhdəsinə verilir. Delaura yenilikçi biridir.O Siyerva Mariyanın içinə cin girmədiyini eksinə bu hərəkətlərinin sevgisizlikdən irəli geldiyini anlayır.Ona kömək etməyə çalışır,mübarizə aparır.Kiçik qıza qarşı bəslədiyi bu hissin eşq olduğunu anlayanda isə bunu qəbul etmək istəmir.Hərşeyini din uğrunda feda edən bu insan,Siyerva Marianın içinə cin girdiyini və onu inancından döndərmək istədiyini düşünür və gedir.Maria heçvaxt onun niyə getdiyini anlamır.
SON
Şeytanqovma ayininin altıncı seansı üçün onu hazırlamaq üçün içəri girən mühafizəçı işıl-işıl gözləri və yeni doğulmuş körpə dərisi ilə onu yatağında eşqindən ölmüş vəziyyətdə ölü tapdı.Gur saçları yeri qaşınmış başından sanki köpük fışqırır,onların get-gede uzanması gözlə görünürdü.....



Hiç yorum yok:
Yorum Gönder