Yazıçı:Stephenie Evanovich
Nəşriyyat:Doğan Kitab
Nəşr ili:2014
Səhifə sayı:328
Qiyməti:11.59
İyulun əvvəllərində oxuduğum,olduqca sevimli və ümid dolu bir kitab.Əslində gec kəşf etdiyimçün üzüldüm.Çox əyləncəli və gülməli kitabdır.Bir sözlə əsl yay kitabı deyəcəyimiz tipdədir.Sevgilisindən yeni ayrılmış,ümüdsiz və həyatının bitdiyini düşünən insanlara müalicə reseptim olsun))
Kitabda iki ayri cəbhə.iki tamamilə fərqli insan figuru görürük:Holly və Logan.Holly özümə güvəni olmayan,problemləriylə üzləşəbilməyən.kök və bütün həyatını komplekslər içində keçirən gənc qadındır.Logan isə yaraşıqlı,həyatda istədiyi hərşeyə sahib olmuş,lovğa biridir.
Holly 32 yaşında dul qalacağınl və bu qədər kökələcəyini gözləmirdi.Əri Brucenin xərçəng olduğunu biləndən sonra,dayanmadan yeməyə başlamışdı.Uşaqliqdan bəri kök olsa da daha acınacaqlı vəziyyətə düşmüşdü.Əri öləndən sonra bütünlüklə tənha qalan Holly həyatına davam etməkdə çətinlik çəkir.Uşaqlığını,yaşlı ata və anasının ona lazımsız əşya kimi davrandığını xatırlayır.Ərinin xatirələri onu rahat buraxmır.Özündən utanan.düşdüyü vəziyyəti ələ salan Holly,artıq həyatın onunçün bitdiyini düşünürdü,təbiki Loganla tanış olana qədər....
Təyyarədə Holly ilə tanış olan Logan ona olduqca ucuz məbləğ təklif edərək arıqlamaqda kömək edə biləcəyini deyir.Bu Hollyə həyatını yenidən başlamaqçün bir fürsət idi.Əvvəl sadəcə dost olan cütlüyün münasibəti eşqə çevrilir.Amma Logan bunu qəbul etmək istəmir.Onun üçün sevgili tipi uzunboy,ariq,sarışın model kimi qızlar olduğundan Holly kimi bəstəboy,kök birini özünə laiq bilmir,Böyük tərəddütlərdən sonra sevgisini qəbul etsə də,bu münasibət hər ikisi üçün asan olmur.Holly özünü yaraşıqlı Logana yaraşdırmır,Logan isə Hollydən utandığı üçün onu hərkəsdən gizlədir.
Amma birgün anidən gələn qonaq hərşeyi tamamilə dəyişir.
Hiç yorum yok:
Yorum Gönder