2 Ağustos 2016 Salı

FATİH HARBİYE

                                       



Yazıçı:Peyami Safa
Nəşriyyat:Ötükən
 Nəşr ili:1999
 Səhifə Sayı:128
 Qiyməti:5 manat

Fatih Harbiye yeni yayımlanan vaxtlarda serialın sonunu öyrənmək üçün oxumuşdum, amma bəzi obrazlar xaricində heçbir eynilik yoxdur. Neriman musiqi təhsili alan, ud çalmağı çox sevən və nişanlısı Şinasi ilə evlilik hazırlıqları içində olan gənc qızdır. Getdikcə şərqə nifrət etməyə başlayan Nerimanın ailəsi ilə arasında uçurum yaranır. O, getdikce yalan danışmağa başlayır, saatlarla qərb meyli güclü olan Beyoğluna gedir, artıq ud bele çalmır. Onun fərqli insana çevrilməsi Şinasiylə arasına məsafə qoyur. Neriman hər fürsətde onu alçaldır, geri fikirli olduğunu deyir. Neriman artıq Şinasiylə evlənmək istəmədiyini, bunun uşaqliqda qalan bir hiss olduğunu düşünür. Macitlə dostluq etməsi, onu aid olduğu dünyadan büsbütün qoparır. Neriman Macitin hislərinin Qərb kimi saxta olduğunu anlamır. Atasının evlilik qərarına qarşı çıxır. Tək istəyi Macitin dəvət etdiyini bala getmək və qərbin bir parçası olmaqdır. Bunun üçün Beyoğlunda yaşayan dayısı qızlarının yanına gedir, amma eşitdiyi kasıb rus xanımın hekayəsi onun həyatını büsbütün dəyişir. 
Daha çox tərbiyevi xarakterdə yazılsa da həqiqətən oxumağa dəyər.Kiçik bir əsər olduğundan sadəcə bir saatınızı alacaq.Axıcı olduğuna görə darıxacağınıza inanmıram.Sadəcə içində çox sayda köhnə sözlərin işlənməsi və surətlərin xarakterinin olduqca uzun təhlili məni yordu,amma bu,kitabı sevməyimə mane olmadı.
Serialla kitabın bu qədər fərqli olmasını isə heç sevmədim.Həm kitabın sonunu,həm hadisələri,həm də surətlərin xarakterini dəyişmək,əsəri bu qədər fərqli şəkildə izləyiciyə çatdirmaq yazıçının əməyinə edilmiş bir haqsızlıq idi.
     

Hiç yorum yok:

Yorum Gönder